S.Haririnin istefası Səudiyyə Ərəbistanı ilə İranı qarışdırdı

Livan Baş naziri Saad Haririnin istefası Səudiyyə Ərəbistanı ilə İran rəhbərlikləri arasında qarşılıqlı mübahisələrə səbəb olub.

840806
S.Haririnin istefası Səudiyyə Ərəbistanı ilə İranı qarışdırdı

  Səudiyyə Ərəbistanının Körfəz-Ərəb İşləri Dövlət naziri Samir Sebhan “Twitter” üzərindən etdiyi açıqlamada bildirib: "Xəyanət və düşmənçilik əllərinin kəsilməsi lazımdır".

  Buna qarşılıq olaraq İran Xarici İşlər nazirinin müavini Hüseyn Şeyxülislam istefa xəbərindən sonra bu işin içində Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd Salmanın əli olduğunu, Livan və regionda təzyiqi yüksəltmək istədiklərini bildirib.

  İranın “Mehr” xəbər agentliyində ölkənin Xarici İşlər naziri "İstefa Hizbullahla üzləşmək üçün birbaşa Səudiyyə Ərəbistanının qərarıdır. Xalqına hörmət edən və onun şərəfini qorumaq istəyən istefasını başqa ölkədən deyil, öz dövlətində verməli idi".

  Qeyd edək ki, Livanın istefa vermiş Baş naziri Saad Hariri 2016-cı ilin dekabrında seçilmiş, üstündən 1 il keçməmiş dünən – noyabrın 4-də vəzifəsindən getdiyini açıqladı. Çıxışında Hizbullah və İranın bölgə stabilliyi pozduğunu qeyd edən Hariri atasına olduğu kimi özünə qarşı da sui-qəsd ola biləcəyindən narahat olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr