100 nәfәrin hәyatına son qoyan kimyәvi hücumu Bәşәr Әsәd rejimi törәdib

Bunu BMT missiyası bәyan edib.

835137
100 nәfәrin hәyatına son qoyan kimyәvi hücumu Bәşәr Әsәd rejimi törәdib

Birləşmiş Millətlər Tәşkilatı ilə Kimyəvi Silahların Qadağan Olunması  Təşkilatı tərəfindən hazırlanan  və Suriyada kimyəvi silah istifadəsini araşdıran birgə istintaq missiyası Xan Şeyxunda törәdilәn kimyәvi hücumla bağlı hesabatını BMT Tәhlükәsizlik Şurasına tәqdim edib.

BMT missiyasının hesabatında aprelin 4-dә İdlibin Xan Şeyxun bölgәsinә tәşkil edilәn  kimyəvi hücumun  Suriya rejimi tərəfindən həyata keçirildiyini tәsdiq edilir.

Hesabatda tәxminәn 100 nәfәrin hәyatına son qoyan kimyәvi hücumun Bәşәr Әsәd rejimi tәrәfindәn törәdildiyi  bildirilir, hücumda zarin qazının istifadә olunduğu qeyd edilir.



Әlaqәli Xәbәrlәr