Almaniya İKRR qüvvələrinə hərbi təlim üçün verdiyi dəstəyi müvəqqəti dayandırdı

Almaniyanın Müdafiə Nazirliyi bunda amil kimi Kərkükdə son vaxtlar baş verən gərgin vəziyyəti göstərdi.

828523
Almaniya İKRR qüvvələrinə hərbi təlim üçün verdiyi dəstəyi müvəqqəti dayandırdı

Almaniyanın Müdafiə Nazirliyi bunda amil kimi Kərkükdə son vaxtlar baş verən gərgin vəziyyəti göstərdi.

Nazirliyin bununla bağlı açıqlamasında bildirilib ki, bölgədə baş verənlər yaxından izlənilir və Almaniya terror təşkilatı DEAŞ-a qarşı mübarizədə müttəfiqlərlə əlaqə saxlamaqda davam edir.

Digər tərəfdən DEAŞ-ın Kərkükə bağlı Dibis qəsəbəsinə hücum başlatdığı bildirilib.  

Yerli mənbələr İraq təhlükəsizlik qüvvələri ilə DEAŞ mənsubu terrorçular arasında qarşıdurma yarandığını bəyan ediblər.



Әlaqәli Xәbәrlәr