Hemrin dağları DAEŞ-dən tamamilə azad edildi

Kərkükün qərbindən Diyala sərhədinə qədər uzanan təxminən 45 km.lik bir sahəyə malik Hemrin dağları 2014-cü ildən terror təşkilatı DAEŞ tərəfindən Kərkük, Səlahəddin və Diyala arasında hərbi və maddi-texniki avadanlıq daşıma dəhlizi kimi istifadə edilirdi

822360
Hemrin dağları DAEŞ-dən tamamilə azad edildi

  İraqda Kərkükün qərbindən başlayaraq ölkənin şərqindəki Diyala sərhədinə qədər uzanan Hemrin dağları terror təşkilatı DAEŞ-dən tamamilə azad edilib.

  Havice Əməliyyatlar komandanı, general-polkovnik Əbduləmir Yarullah tərəfindən verilən yazılı açıqlamada bildirilir: “İraq Ordusunun 9-cu Zirehli Birliklərilə Haşdi Dabağı Qüvvələri Hemrin dağlarında nəzarəti təmin etdi".  

  Qeyd edək ki, Kərkükün qərbindən başlayaraq Diyala sərhədinə qədər uzanan təxminən 45 kilometrlik bir sahəyə malik Hemrin dağları 2014-cü ildən terror təşkilatı DAEŞ tərəfindən Kərkük, Səlahəddin və Diyala arasında hərbi və maddi-texniki avadanlıq daşıma dəhlizi kimi istifadə edilirdi.



Әlaqәli Xәbәrlәr