Deyrizora endirilәn zәrbәlәr nәticәsindә 79 nәfәr ölüb

Bu barәdә Deyrizor şәhәrindәki aktivistlәrdәn Ahid Sileybi mәlumat verib.

822060
Deyrizora endirilәn zәrbәlәr nәticәsindә 79 nәfәr ölüb

Suriyanın  Deyrizor şәhәrinә son 48 saat әrzindә endirilәn zәrbәlәr nәticәsindә 79 nәfәr hәlak olub.

Bu barәdә Deyrizor şәhәrindәki aktivistlәrdәn Ahid Sileybi mәlumat verib.

O, Bәşәr Әsәd rejiminә aid döyüş tәyyarәlәrinin Deyrizor şәhәrindәki yaşayış mәntәqәlәrini hәdәfә aldığını bildirib.

Ahid Sileybi avia-zәrbәlәr nәticәsindә onlarla dinç sakinin dә yaralandığını qeyd edib.

Ahid Sileybi Bәşәr Әsәd rejimi vә Rusiyaya mәxsus döyüş tәyyarәlәrinin şәhәrdәn qaçmağa çalışan dinç sakinlәri dә hәdәfә aldığını deyib. 



Әlaqәli Xәbәrlәr