Kərkükdə Türkmənlərə hücum təşkil edilib

İraqın Kərkük şəhərində, Türkmən Cəbhəsi yanında Türkmən sahibkarlar birliyinə avtomatlarla hücum təşkil edilib.

814920
Kərkükdə Türkmənlərə hücum təşkil edilib

Azadi Polis idarəsi işçilərindǝn Nǝjdǝt Vindavinin məlumatına görə təxminən 150 metr məsafədən həyata keçirilən hücum nəticəsində ölən və ya yaralanan olmayıb. Binada ağır təxribat yaranıb. Hadisənin törədildiyi Musalla Məhəlləsində polis əməkdaşları təhlükəsizlik tədbirlərini artırıb. Cinayətkarların tutulması üçün istintaq başladılıb.

Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyində keçirilən qeyri-qanuni müstəqillik referendumu səbəbindən şəhər icra hakimiyyəti başçısı ehtimal olunan qarışıqlığa qarşı fövqəladə viziyyət elan edildi.



Әlaqәli Xәbәrlәr