İraq  məhkəməsi referendum qərarını dayandırıb

İraq Federal Məhkəməsi, sentyabrın 25-də İraq Kürd Regional rəhbərliyində keçirilməsi planlaşdırılan müstəqillik referandumuna dair qərarı dayandırıb.

809251
İraq  məhkəməsi referendum qərarını dayandırıb

Məhkəmədən mövzu ilə əlaqəli verilən bəyanatda: "Federal Məhkəmə, 25 Sentyabrda keçirilməsi planlaşdırılan referendumun Konstitusiyaya zidd olduğuna dair şikayətləri tədqiq etdikdən sonra, dayandırılmasına dair qərar qəbul edib”.

İraq Baş naziri Heydər əl-İbadi də məhkəmənin qərarından sonra verdiyi açıqlamada mövzu ilə əlaqəli bütün tələblərin Ərbilə bildirildiyini qeyd edib.

Digər tərəfdən Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon, Bərzanini referendum qərarından daşındırmaq məqsədiylə Ərbilə gedir.

İraq Kürd regional rəhbərliyin lidəri Məsud Bərzani Cümə günü verdiyi açıqlamada, beynəlxalq reaksiyaya baxmayaraq qərarın ləğvinə dair qane edici təkliflər olmadığını və bu səbəbdən referandumun baş tutacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr