"Cənubi Koreyada ABŞ-ın hərəkəti sabitlik deyil, problem yaradacaq", M.Zaxarova

Şimali Koreyanın 3 sentyabrda reallaşdırdığı hidrogen bombası sınağından sonra bölgədəki gərginliyin yenidən artdığını xatırladan Rusiya Xarici İşlər Nazirliyi sözçüsü onu da dedi ki...

803843
"Cənubi Koreyada ABŞ-ın hərəkəti sabitlik deyil, problem yaradacaq", M.Zaxarova

  Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova Cənubi Koreyada Amerika Birləşmiş Ştatlarına aid Region Yüksək Hündürlükdə Hava Müdafiə (THAAD) sisteminin qurulmasının Koreya yarımadasında sabitliyi təmin etmək yerinə, əksinə, daha çox problem yaradacağını söylədi.

  Həftəlik mətbuat konfransında danışan M.Zaxarova: "Bu hücum bölgədəki strateji sabitliyi pozur. Çünki bu sistem bölgəyə uzun müddətdir gözlənilən sükunəti gətirməyəcək, tam tərsi, mövcud problemləri artıracaq", - dedi.

  Şimali Koreyanın 3 sentyabrda reallaşdırdığı hidrogen bombası sınağından sonra bölgədəki gərginliyin yenidən artdığını xatırladan Rusiya Xarici İşlər Nazirliyi sözçüsü onu da dedi ki: "Tərəflərin təhlükəsizliklərini təmin etmək üçün bölgədəki silahlanma tempini artırmalarını son dərəcə təhlükəli hesab edirik. Regional silahlanma yarışının nəticəsi geniş miqyaslı qarşıdurma olacaq. Rusiya Koreya yarımadasında həll istiqamətli hər cür sülh təşəbbüsünü dəstəkləyir”.



Әlaqәli Xәbәrlәr