Livan prezidenti DEAŞ üzərində qələbə çaldıqlarını elan etdi

Livan prezidenti Mişel Avn DEAŞ-a qarşı əməliyyatın uğurla başa çatdığını qeyd etdi, bunu ordunun qələbəsi kimi səciyyələndirdi.

798997
Livan prezidenti DEAŞ üzərində qələbə çaldıqlarını elan etdi

Livan prezidenti Mişel Avn paytaxt Beyrutun cənubunda yerləşən Baabda Prezident Sarayında mətbuat konfransı keçirdi.
 
 Mişel Avn :"DEAŞ-a qarşı keçirilən "Dağların Şəfəqi "əməliyyatı müvəffəqiyyətlə başa çatmışdır. Bu gün  ordumuzun uğurunu və qələbəsini elan edirik" dedi.
 
 Livan ordusunu təbrik edən Avn: "Əhəmiyyətli bir qələbə qazanan ordumuz ölkəmizi terrorçulardan təmizlədi. Bu qələbəsinə görə ordumuzu təbrik edir və şəhid olan əsgərlərimizin qarşısında baş əyirik" deyə danışdı.
 
Livan prezidenti əldə edilən qələbənin siyasi çəkişmələr üzündən kölgədə qalmasının yanlış olduğunu vurğuladı, qaçırılan hərbçilərin aqibətinin xoşbəxt sonla bitməsini istədiklərini, lakin nəticənin istədikləri kimi olmadığını bildirdi.
 
Mətbuat konfransında iştirak edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Joseph Avn da çıxış edərək:"Dağların Şəfəqi "əməliyyatının məqsədi ölkəni terrorçulardan azad etmək və qaçırılan hərbçilərin aqibətinin müəyyən olunması idi. Hər iki hədəfimizə çataraq, əməliyyatı uğurla başa vurduq" dedi.
 
 Mətbuat konfransına Livan müdafiə naziri Yaqub əs-Sarraf da qatıldı.
 
 Qeyd edək ki, Livan ordusu avqustun 19-da terror təşkilatı DEAŞ-a qarşı "Dağların Şəfəqi" əməliyyatına başlayıb, avqustun 27-də atəşkəs elan edib, növbəti gün  əməliyyatın dayandırıldığını bildirib. Əməliyyatda 7 Livan əsgəri həlak olub, 16 əsgər  yaralanıb.
 
 Ordu və DEAŞ arasında olan razılaşmaya əsasən, DEAŞ 2014-cü ildə qaçırdığı 9 Livan əsgərinin nəşini Livana təslim edərək  Suriyanın Deyrizor şəhərinə çəkilib.



Әlaqәli Xәbәrlәr