Antonio Guterres İsraildə Binyamin Netanyahu ilə görüşdü

Birləşmiş Millətlər Təşkilatının baş  katibi Antonio Guterres İsrail-Fələstin məsələsində iki dövlətli həll məsələsi ilə bağlı danışıqlar prosesinin başlanılması üçün çağırış etdi.

798090
Antonio Guterres İsraildə Binyamin Netanyahu ilə görüşdü

Birləşmiş Millətlər Təşkilatının baş  katibi Antonio Guterres baş katib kimi İsrailə ilk səfərini həyata keşirdi.
Guterres İsrail baş naziri Binyamin Netanyahu ilə görüşdü və görüşdən sonra keçirilən mətbuat konfransında çıxış etdi.

BMT-nin baş katibi çıxışında iki dövlətin müqəddəs torpaqlarda  sülh və əmin-amanlıq içində birlikdə yaşamasını arzu etdiyini bildirdi. Fələstinlilərin həyat şəraitinin yaxşılaşdırılması ilə bərabər iki dövlətli həll məsələsi ilə bağlı prosesin başlanmasının vacib olduğunu qeyd etdi.
 
 Guterres İsrail-Fələstin sülhünün qarşısında çox çətinliklər olduğunu söylədi və :" Bunlardan biri də yəhudi yaşayış məntəqələridir, Qəzza və İordan çayının qərbində tətbiq olunan diskriminasiyadır. Əlbəttə, terror aktları da bu çətinliklərdən biridir. Bu problemləri aradan qaldırmaq üçün sülh istəyimizi güclü bir şəkildə ortaya qoymalıyıq" ifadələrini işlətdi.

Baş katib çıxışının sonunda Livan-İsrail sərhədində xidmət edən Birləşmiş Millətlər Livan Qüvvələrinin (UNIFIL) üzərinə düşəni yerinə yetirəcəyi barədə söz verdi.
 
 İsrailin baş naziri Netanyahu isə BMT təşkilatlarının Fələstinə tərəfkeşlik etdiyini iddia etdi:
 
  BMT baş katibi Antonio Guterres Netanyahu ilə görüşündən əvvəl İsrail prezidenti Reuven Rivlin ilə də görüşmüşdü.
 
 Guterresin bu gün işğal altındakı  Ramallah şəhərinə gedərək Fələstinin baş naziri Rami əl-Hamdallah ilə görüşməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr