İraqın şimalında hava əməliyyatı: 7 terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Hakurk bölgəsində Türkiyə Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin təşkil edilən hava hücumunda yeddi terrorçu zərərsizləşdirildi.

795548

Baş Qərargah Rəisliyinin məlumatına görə, Hava Qüvvələri Komandirliyi Şimali İraqdakı Hakurk bölgəsində terror təşkilatı üzvlərinə qarşı hava əməliyyatı keçirib.

Əməliyyat zamanı 7 terrorçu zərərsizləşdirilib və terrorçulara məxsus olduğu müəyyən edilən “Doçka” adlı bir zenit qurğu silah mövqeyi və silah-sursat depoları da məhv edilib.

Vəzifələrini uğurla yerinə yetirən qırıcılar təhlükəsiz şəkildə bazalarına qayıdıblar.

Әlaqәli Xәbәrlәr