İran ABŞ-ın sanksiyalar qərarına reaksiya göstərdi

Iran ABŞ prezidenti Donald Trumpın imzasından sonra qüvvəyə minən sanksiyaların 2015-ci ildə bağlanan nüvə müqaviləsinə zidd olduğunu bildirdi.

782706
İran ABŞ-ın sanksiyalar qərarına reaksiya göstərdi

Iran ABŞ prezidenti Donald Trumpın imzasından sonra qüvvəyə minən sanksiyaların 2015-ci ildə bağlanan nüvə müqaviləsinə zidd olduğunu bildirdi.

Ölkənin xarici işlər nazirinin müavini Abbas Arakçı mövzu ilə əlaqədar İSNA xəbər agentliyinə verdiyi açıqlamada:"Nüvə müqaviləsinin pozulduğunu düşünürük. Məsələ ilə bağlı reaksiyamızı ortaya qoyacağıq" ifadələrini işlətdi.

Keçən həftə Konqres və Senatdan keçən sanksiyalara əsas olaraq İranın ballistik raket proqramı və terror təşkilatlarına yardımları göstərilir.

ABŞ Dövlət Departamenti sanksiyaların İranın 18 qurum və fiziki şəxsinə tətbiq ediləcəyini açıqlamışdı.

Açıqlamada:"Amerika Birləşmiş Ştatları İranın Orta Şərqdəki sabitliyi, təhlükəsizliyi və zənginliyi zəiflətən fəaliyyətlərindən narahatdır" deyilir. 

Açıqlamada Tehran rəhbərliyinin Suriyada Əsədin öz xalqına etdiyi zülmə rəğmən, Əsəd rejiminə  dəstəyini israrla davam etməsi, eyni zamanda, Husi üsyançılarını dəstəkləyərək Yəməndəki vətəndaş müharibəsini uzatması da qeyd olunur.

 

 



Әlaqәli Xәbәrlәr