Pakistan Baş naziri vəzifədən kənarlaşdırıldı

Pakistanın baş naziri Navaz Şərif və maliyyə naziri İshaq Darı vəzifədən kənarlaşdırılıb.

779266
Pakistan Baş naziri vəzifədən kənarlaşdırıldı

Bu barədə qərarı Pakistanın Ali Məhkəməsi verib.

Baş nazir korrupsiyada ittiham olunur. Pakistan mətbuatının xəbərinə görə Şərif və ailəsi haqqında ayrı bir cinayət istintaqı da başladıla biləcək.

 

 



Әlaqәli Xәbәrlәr