“İsrail ilə əlaqəli qəbul etdiyimiz qərarlar qüvvədədir”

İsrailin Məscidi-Əqsa ilə əlaqəli təhlükəsizlik tətbiqlərinə reaksiya vermək məqsədiylə əlaqələri dayandırmaq mövzusunda qəbul etdiyimiz qərar hələl də qüvvədədir.  Bunu  Fələstin Dövlət Başçısı Mahmud Abbas deyib.

778834
“İsrail ilə əlaqəli qəbul etdiyimiz qərarlar qüvvədədir”

Mahmud Abbas, İordan Çayının Qərb sahilində yerləşən Ramallah şəhərində verdiyi açıqlamada, Məscidi-i Əqsanın mövqeyi haqqında Qüds müftisi Şeyx Məhəmməd Hüseyndən məlumat aldıqdan sonra lazımlı addımları atacaqlarını bildirib.

Hazırda Məscidi-i əqsanın yenidən ibadətə açılması mövzusunu müzakirə edəcəklərini ifadə edən Mahmud Abbas, digər mövzuları növbəti  yığıncaqlarda  gündəmə daxil edəcəklərini, konkret qərarın qəbul ediləcəyi tarixə qədər hər şeyin keçmişdə olduğu kimi davam edəcəyini bildirib.

İsrail mövqelərinin tətbiq etdikləri bütün məhdudiyyətləri rədd edən Qüdslü Müsəlman və Xristianların müqavimətini yüksək qiymətləndirdiyini ifadə edən Mahmud Abbas, gələcəyə dair bütün addımların, Qüdsdə yaşananlar nəzərə alınaraq atılacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr