Qətər, Türk hərbi bazasının bağladılmasına dair tələbə sərt reaksiya verib

Qətərə tətbiq edilən sanksiyalara son qoyulması ilə əlaqəli irəli sürülən şərtlər arasında ölkədəki “Türk hərbi bazasının bağlanması” da tələb edilir. Bunu Qətər Müdafiə naziri Xalid Bin Məhəmməd əl-Ətiyyə deyib.

772595
Qətər, Türk hərbi bazasının bağladılmasına dair tələbə sərt reaksiya verib

Qətərli nazir mövzu ilə əlaqəli TRT World telekanala verdiyi müsahibədə “Uzun müddətdən bəri beynəlxalq cəmmiyyət tərəfindən bilinən bir hərbi bazanı bağlamağımızı heç kəs tələb edə bilməz. Bu iki suverən dövlət arasındakı əlaqələrdən asılılıdır. Qətərə embarqo tətbiq edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir əleyhinə Beynəlxalq Ədalət məhkəməsi yanında iş qaldırabilərik. Körfəzdəki mövcud böhranın keçmişi, dövrün Qətər Əmiri Hamad bin Xəlifə Al Sanıyə istiqamətli uğursuzluqla nəticələnən çevriliş cəhdinin həyata keçirildiyi 1996-cı ilə uzanır. Ancaq mövcud böhran daha pis və ağırdır. Qətər 2013-2014 tarixlərində də bənzər vəziyyətlərlə qarşılaşdı. O dövr yaşananlar məlumdur. Ancaq bilmədikləri əsas məsələ, Qətər Əmirinin əleyhinə Körfəz Əməkdaşlıq Şurasına zidd siyasət izlədiyinə dair ittihamların doğru olmamasıdır”   deyə   vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr