Qətərin cavabına cavab üçün toplaşırlar

Qətərə embarqo tətbiq edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn Doha rəhbərliyinin 13 maddəlik tələb siyahısına verdiyi cavabı aldıqlarını və uyğun bir zamanda cavab veriləcəyini bildiriblər.

765012
Qətərin cavabına cavab üçün toplaşırlar

   Adı çəkilən ölkələr tələb siyahısına cavab almaq üçün Qətərə 3 iyula qədər vaxt vermişdi. Həmin tarixdə Küveyt əmiri Şeyx Sabah Əhməd Cabir Sabahın vasitəçiliyi və istəyilə vaxt 48 saat uzadıldı. Amma verilən vaxt bitmədən - dünən gecə yarısı Doha rəhbərliyi cavabı təslim etdi. Qarşı tərəflər “Cavaba uyğun zamanda cavab veriləcəkdir" deyə bildirib.

  Qətərin cavab məktubunun məzmunu haqqında hər hansı məlumat verilməyib. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Xarici İşlər nazirləri bu gün Qahirədə bir araya gələcək və Qətərlə bağlı atılacaq addımları müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr