NATO  ilə Rusiya arasında gərginliyə səbəb olan hadisə baş verib

NATO-ya aid  F-16 döyüş təyyarəsi, Rusiya Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa  cəhd  edib.

757166
NATO  ilə Rusiya arasında gərginliyə səbəb olan hadisə baş verib

Rus xəbər agentliyi TASS-ın  məlumatına  görə  hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.

Kalininqrada gedən Sergey Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.

Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.

 Bu  xəbərdarlıqdan  sonra NATO  qırıcısı hadisə yerindən uzaqlaşıb.

Soyqun  hadisədən  sonra   verdiyi  açıqlamada  NATO-nun təcavüzkar hərəkətləri səbəbiylə Rusiyanın qərb bölgələrindəki hərbi  gücü  artırdıqlarını   bildirib.  



Әlaqәli Xәbәrlәr