Suriyada təhlükəsiz bölgələr yaradılmasına dair müqavilə imzalandı

Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya danışıqlarının 4-cü mərhələsində Suriyada təhlükəsiz bölgələr yaradılmasını nəzərdə tutan müqavilə imzalandı.

725964
Suriyada təhlükəsiz bölgələr yaradılmasına dair müqavilə imzalandı

Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya danışıqlarının 4-cü mərhələsində Suriyada ətibarlı bölgələr yaradılmasını nəzərdə tutan müqavilə imzalandı.

Müqavilə mətninə zamin ölkələr Türkiyə, Rusiya və İran imza atıb.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 4-də  Rusiyaya reallaşdırdığı səfərindən sonra bəyanat verərək, rəsmi Moskva ilə “Suriyada təhlükəsiz bölgə” mövzusunda razılıq əldə edildiyini açıqlayıb, bunun qüvvəyə mindirilməsinin problemin 50 faizinin həlli mənasını daşıyacağını vurğulamışdı.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Suriyanın İdlib şəhərində toqquşma olmayan bölgə yaradılmasının ölkədə vuruşmaların sona çatdırılmasının yolunu aça biləcəyini söyləyib.

Lavrov Finlandiyada həmkarı Timo Soini ilə görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin mayın 4-də keçirilən görüşündə gündəmə salınan İdlib bölgəsində “təhlükəsiz bölgə” yaradılması barədə bəyanat verib.

Lavrov “təhlükəsiz bölgə” yaradılması Suriyadakı toqquşmaların başa çatdırılmasında önəmli bir addım olar.” deyib.

Suriya rejiminin İdlibdə təhlükəsiz bölgə yaradılmasını qəbul etdiyini bildirən Lavrov hal-hazırda mövzuyla əlaqəli olaraq Astanada görüş kəçirdiyini ifadə edib.



Әlaqәli Xәbәrlәr