Kərkükdə bayraq böhranı davam edir

Kərkük Vilayət Məclisinin sədri Rebivar Tələbani  İraq Məclisinin şəhərdəki dövlət orqanlarına yalnız İraq bayrağı asılması qərarının tətbiq edilməyəcəyini bildirdi.

703846
Kərkükdə bayraq böhranı davam edir

Kərkük Vilayət Məclisinin sədri Rebivar Tələbani  İraq Məclisinin şəhərdəki dövlət orqanlarına yalnız İraq bayrağı asılması qərarının tətbiq edilməyəcəyini bildirdi.
 
 Rebivar Tələbani  buna əsas olaraq İraq Federal Məhkəməsi tərəfindən Məclisdən alınan hər bir qərarın tətbiq olunma şərtinin qoyulmadığını göstərdi.
 
 Tələbani İraq  Kürd Muxtar Regionunun  bayrağının Kərkükdə qaldırılmasının konstitusiyaya zidd olmadığı mövqeyini müdafiə etdi.
 
 Qeyd edək ki. Bağdad rəhbərliyi İraq bayrağının yanına başqa bayraq asma səlahiyyətinin vilayət məclisində deyil, federal və mərkəzi hakimiyyətdə olduğunu açıqlamışdı.
 
 İraq Məclisi  Kərkükdəki rəsmi qurumlara yalnız İraq bayrağının asılmasına dair qərar qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr