Dinc nümayiş haqqına hörmət edilməlidir

Nümayişlər Baş nazir Dmitri Medvedev haqqında vəzifəsindən sui-istifadə iddialarıyla bağlıdır.

700532
Dinc nümayiş haqqına hörmət edilməlidir

  Birləşmiş Millətlər Təşkilatı Rusiyada hökumət əleyhinə nümayişlərdə yüzlərlə adamın nəzarətə alınmasıyla bağlı “Dinc nümayiş haqqına hörmət edilməlidir” qarşılığını verib.  

  BMT Baş katibinin müavini Farhan Haq Rusiyadakı prosesləri təqib etdiklərini və dünyanın hər yerində insanların dinc nümayişetmə haqqına malik olduqlarını vurğulayıb.  

  Qeyd edək ki, Rusiyanın Moskva və Sankt-Petersburq şəhərləri başda olmaqla bir çox yerlərində həftə sonu Korrupsiyaya qarşı Mübarizə Fondunun qurucusu və fəalı Aleksey Navalnı və digər müxalifət qrupları etiraz nümayişləri təşkil edib. Nümayişlər Baş nazir Dmitri Medvedev haqqında vəzifəsindən sui-istifadə iddialarıyla bağlıdır.

  Amerika Birləşmiş Ştatları Rusiyada müxalifətin həftə sonu təşkil etdiyi bu nümayişlərində 500-dən çox adamın nəzarətə alındığı faktını qınayıb və Rusiya hökumətinə onları azad etmələrini bildirib.



Әlaqәli Xәbәrlәr