İraqda hökumət əleyhdarı mitinq keçirilib

İraqda islahat tələb edǝn şiə lider Es-Sədr tərəfdaşları, paytaxt Bağdadın mərkəzindəki Təhrir Meydanında hökumət əleyhdarı nümayiş təşkil ediblər.

698629
İraqda hökumət əleyhdarı mitinq keçirilib

Şiə lider Sədr, minlərlə tərəfdaşının qatıldığı mitinqdə etdiyi çıxışında: “Məni öldürsələr də islahat inqilabında uğur qazanana dək sülhpərvər aksiyaları davam etdirin. İstahat tələbimizin səsləndirildiyi bu tǝdbirlǝr səbəbiylə ölümlə təhdid edilirəm. İraq xalqının, Yaşıl Bölgəyə daxil olması, karropsiya edənlərin sonuna zəmin hazırladı. Bunu davam etdirəcək gücə sahibik. Aksiyalar davam etdikcə karropsiya edən siyasilər güclərini itirǝcǝklǝr.

Bu mitinq və aksiyalarımıza son qoyarsaq, zalimlərin təzyiqindən xilas ola bilmərik. Bu səbəbdən də Allahdan başqa kimsənin qarşısında əyilməyin. Bunların məzhəb qarşıdurmaları yaradmaq uğrunda etdikləri səylər davam edəcək.  Sizləri Mal- mülk, zorakılıq və silahla aldatmalarına icazə verməyin. İraqı bu gün aclıq və terrora təslim edənləri yox, karropsiyaya və mezhepçiliyə qarşı mübarizə edənləri seçim edin. Onlara səs verin. Hökümət, əksəriyyəti Baş nazir Nuri əl-Maliki dövründə təyin olunan Yüksək Seçki Komitəsi üzvlərini dəyişdirilməli, Əks təqdirdə seçkiləri boykot edəcəyik. Orduya dəstək verilməli, xilas edilən ərazilərimizə xarici qüvvələr yox, ordu nəzarət etməlidir. Orduya əlimizdən gələn dəstəyi verməkdə hazırıq. Vaxtı gəlib çatdıqda, bu mövzuda ittifaq yarada bilərik” deyə Sədr vurğulayıb.



Әlaqәli Xәbәrlәr