Hərbi qərargaha hücum nəticəsində 5 nəfər ölüb

Yəmənin liman şəhəri Ədəndə hərbi qərargaha təşkil edilən hücum nəticəsində 5 nəfər həyatını itirib.

679478
Hərbi qərargaha hücum nəticəsində 5 nəfər ölüb

Ədənin şərqindəki Abyan vilayətində, əsgər forması geydiyi təsbit edilən komikadze qərargahının giriş qapısında özünü partladıb.

5 hərbçinin həyatını itirdiyi hadisə nəticəsində 3-i də yaralanıb.

Hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.

Ordu sözçüsü, hücumun terror təşkilatı Əl Qaidə ilə əlaqəli ola biləcəyini bildirib.

Qeyd edək ki, 2014-ci ildən bəri siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, Husilər və onlara dəstək verən sabiq lider Saleh tərəfdaşları ilə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin dəstək verdiyi rəhbərlik tərəfdarı qruplar arasındakı qarşıdurmalar, ölkənin müxtəlif şəhərlərində davam edir.



Әlaqәli Xәbәrlәr