ABŞ müdafiə nazirinin Bağdada gözlənilməyən səfəri

ABŞ-ın müdafiə naziri James Mattis qəflətən İraqın paytaxtı Bağdada  səfər edib.

676138
ABŞ müdafiə nazirinin Bağdada gözlənilməyən səfəri

ABŞ-ın müdafiə naziri James Mattis qəflətən İraqın paytaxtı Bağdada  səfər edib.

İraq Müdafiə Nazirliyinin mənbələri Mattisin Bağdada səfərinin Mosulun qərb  bölgəsinin terror təşkilatı DEAŞ-ın əlindən alınması üçün başladılan əməliyyatın ikinci gününə təsadüf etməsinə diqqət çəkib.

Nazirlik mənbələri Mattisin İraqın baş naziri Haydar əl-İbadi ilə bir araya gələcəyini və DEAŞ ilə mübarizə məsələsini müzakirə edəcəyini bildiriblər.

Qeyd edək ki, ABŞ-ın İraq miqyasında 6 minə yaxın əsgəri var.

İraqın Mosul şəhərini terror təşkilatı DEAŞ-dan təmizləmək üçün oktyabrın 17-də İraq ordusunun start verdiyi, Başika düşərgəsindəki Türk əsgərinin təlim keçdiyi Ninova Mücahidlərinin də qatıldığı ABŞ-ın başçılığındakı koalisiya qüvvələrinin dəstək olduğu əməliyyat davam edir.

2 ildən sonra terror təşkilatı DEAŞ-ın nəzarətində şəhərə daxil olan İraq xüsusi qüvvələri irəliləyişini davam etdirir.



Әlaqәli Xәbәrlәr