DEAŞ-ın 16 üzvü dә mәhv edilib

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrarqahından verilәn mәlumata görә, Suriyanın şimalında hәyata keçirilәn әmәliyyatlarda terror təşkilatı DEAŞ-ın 41  hədəfinə atəş  açılıb.

675429
DEAŞ-ın 16 üzvü dә mәhv edilib

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatının 180-ci  günündə  terror təşkilatı DEAŞ-ın 59 hәdәfi havadan vә qurudan vurulub, hәmçinin  DEAŞ-ın 16 üzvü mәhv edilib.

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrarqahından verilәn mәlumata görә, Suriyanın şimalında hәyata keçirilәn әmәliyyatlarda terror təşkilatı DEAŞ-ın 41  hədəfinə atəş  açılıb.

Әmәliyyat nәticәsindә terrorçular tәrәfindәn istifadә olunan 8 bina dağıdılıb vә 2 avtomobil mәhv edilib.

Koalisiya qüvvәlәrinin  keçirdiyi hava әmәliyyatı nәticәsindә isә DEAŞ-ın 4 üzvü öldürülüb, terrorçulara aid bir avtomobil mәhv edilib.

 Qurudan vә Havadan keçirilәn әmәliyyatlar nәticәsindә ümumilikdә 12 terrorçu öldürülüb.



Әlaqәli Xәbәrlәr