XİN, pakistanda  70  nəfərin  öldüyü  terror aktını lənətləyib

Pakistanın cənubundakı Sind əyalətində bir türbədə komikadzenin özünü partladması nəticəsində 70 nəfər həyatını itirib, 150-si də yaralanıb.

674243
XİN, pakistanda  70  nəfərin  öldüyü  terror aktını lənətləyib
dışişleri, kanada cami saldırı kınama.jpg

Sind əyaləti təhlükəsizlik mənbələrinin məlumatına görə Sehvan Şərif şəhərindəki sufi alimlərdən Lal Şahbaz Kalandarın türbəsində törədilən hadisə nəticəsində həyatını itirənlərin arasında uşaq və qadınlar da var. Yaralananların çoxunun vəziyyəti ağırdır. Hücuma görə məsuliyyəti DEAŞ terror təşkilatı üzərinə götürüb.

Pakistan baş naziri Navaz Şərif və Daxili İşlər naziri Çodri Nisar Əli Xan, hücumu lənətləyiblər.

Türkiyə də, Sind əyalətində Türbədə törədilən terror aktını qınadığını açıqlayıb.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, terror hücumunda çox sayda insanın həyatını itirdiyi və yaralandığının kədərlə öyrənildiği ifadə edilərək: “Pakistanın dinclik və sabitliyini hədəf götürən mənfur terror aktını şiddətlə lənətləyir, ölənlərə rəhmət, yaralılara təcili şəfa diləyir və Pakistan hökuməti ilə qardaş Pakistan xalqına başsağlığı veririk. Türkiyə, dost və qardaş Pakistana terrora qarşı qərarlı mübarizəsində dəstək verməkdə davam edəcək” deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr