Rum icması bu tarixi səhvdən dərhal geri addım atmalıdır

“Enosis” referendumunun ildönümünün anım günü olaraq qeyd edilməsinə dair rəzil qarara qarşı birgə bəyanat verilib.

671664
Rum icması bu tarixi səhvdən dərhal geri addım atmalıdır

Şimali Kıbrıs Türk Cümhuriyyəti Cümhuriyyət Məclisindəki partiyalar 1950-ci ildə keçirilən “Enosis” referendumunun ildönümünün anım günü olaraq qeyd edilməsinə dair rəzil qarara qarşı birgə bəyanat verib.

Bəyanatda bildirilir ki, Kıbrıs məsələsinin həlli uğrunda göstərilən cəhdlər davam edərkən “Enosis”in Rum icması tərəfindən gündəmə gətirilməsini BMT nəzdində sərt şəkildə pisləyir və aradan qaldırılması qeyri-mümkün olacaq nəticələrə səbəb ola biləcək bu tarixi səhvdən geri addım atılması barədə BMT tərərfindən dərhal təşəbbüs qaldırılmasını tələb etdiyimizi bildiririk.

Birgə bəyanat mətni prezident Mustafa Akıncı tərəfindən BMT-nin baş katibinə təqdim edilmək üzrə Təşkilatın Kıbrıs üzrə xüsusi nümayəndəsi Yelizabet Şepara verilib.

Prezident Mustafa Akıncı məsələyə dair münasibət bildirərək deyib ki, belə bir mühitdə gənclərə “Enosis” xəyalı o referendumu müqəddəsləşdirən bir anlayışla yeridilmək istənir. Bunun Cənab Anastasiadisin partiyasının əli ilə də həyata keçirilməsi davam edən müzakirə prosesinə həqiqətdən çox ciddi zərbə xüsusiyyəti daşıyır.  

Qərarı tədbirsiz addım kimi dəyərləndirib gözdən yayındırmağın qeyri-mümkün olduğunu dilə gətirən Akıncı bildirib ki, Anastasiadisdən bu mövzuda müsbət addım atmasını və BMT-nin bu ciddi hadisəni gözdən yayındırmamasını gözləyirik.

Prezident Akıncı ayın 16-da keçiriləcək liderlər zirvəsinə qədər Rum lider Anastasiadisin bu səhvi düzəltmək adına addım atacağını görmək istədiyini də söyləyib.

Xatırladaq ki, Yunanıstan və Kıbrıs Rum icmasının “Enosis” vasitəsi ilə bir-birinə bağlanma fikri Kıbrısda Türkləri hədəf götürən şiddət hadisələrinin başlanışı olmuşdu.



Әlaqәli Xәbәrlәr