İraqda DEAŞ-ın 18 üzvü mәhv edilib

Beynəlxalq koalisiya  qüvvәlәrinin  İraqın Enbar vilayәtindә hәyata keçirdiyi hava әmәliyyatı nәticәsindә  DEAŞ üzvü 18 terrorçu mәhv edilib.

659099
İraqda DEAŞ-ın 18 üzvü mәhv edilib

Beynəlxalq koalisiya  qüvvәlәrinin  İraqın Enbar vilayәtindә hәyata keçirdiyi hava әmәliyyatı nәticәsindә  DEAŞ üzvü 18 terrorçu mәhv edilib.

Enbardakı Cәzirә әmәliyyatının  komandanı  general-mayor Kasım Mәhәmmәdi koalisiya tәyyarәlәrinin  Enbarın  Әl-Kaim qәsәbәsinin  cәnubunda DEAŞ-a aid  bir qәrargahı vurduqlarını söylәyib.

Kasım Mәhәmmәdi  hücum nәticәsindә 18 terrorçunun  öldürüldüyünü bildirib.

Digәr tәrәfdәn DEAŞ-ın Mosulun cәnub-şәrqindә humanitar yardımların paylanmasını gözlәyәn  dinç sakinlәrә hücum tәşkil etdiyini  bildirilib, nәticәdә  4 nәfәrin hәyatını itirdiyini, 6-nın da yaralandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr