“Fərat Qalxanı” əməliyyatı çərçivəsində dünən 76 terrorçu məhv edildi

“Fərat Qalxanı” əməliyyatı çərçivəsində dünən biri dırnaqarası DEAŞ-ın əmiri olmaqla 76 terrorçu məhv edilib.

644599
“Fərat Qalxanı” əməliyyatı çərçivəsində dünən 76 terrorçu məhv edildi

Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi məqsədi ilə avqustun 24-də Türkiyənin rəhbərliyində həyata keçirilən “Fərat Qalxanı” əməliyyatı çərçivəsində dünən biri dırnaqarası DEAŞ-ın əmiri olmaqla 76 terrorçu məhv edilib.

Əməliyyatlarda terrorçuların onlarla sığınacaq yeri, müdafiə yerləri, nəzarət obyektləri, silah-sursat mərkəzləri də bombalanaraq dağıdılıb.

Terror təşkilatı DEAŞ-a məxsus 74 hədəf  məhv edilib.

Əməliyyatda biri dırnaqarası DEAŞ əmiri olmaqla 20 terrorçu zərərsizləşdirilib.

Türkiyəyə məxsus qırıcılar tərəfindən Baba, Bzagah, Tadif, Kabr al Mukri, Suflaniyah və Zammarda olan DEAŞ-a məxsus 28 hədəfə qarşı hava əməliyyatında DEAŞ mənsubu 18 terrorçu məhv edilib.

Dünən gün ərzində baş verən toqquşmalarda da DEAŞ mənsubu 38 terrorçu zərərsizləşdirilib.

DEAŞ terror təşkilatından təmizlənən bölgələrdə isə müxalifətə dəstək davam edir. 

Aşkarlanan 48 partlayıcı maddə partladılıb. Bununla da indiyədək nəzarət altında 271 partlayıcı ilə 43 mina zərərsiz hala gətirilib.

Digər tərəfdən İraqın şimalındakı Avaşin, Basyan və Zap bölgələrinə istiqamətli kəşifyyatı dəyərləndirən Türk Silahlı Qüvvələri bölgədə terror təşkilatı PKK-ya məxsus olduğu müəyyən edilən 6 hədəfə atəş açaraq məhv edib.



Әlaqәli Xәbәrlәr