ABŞ, PYD terror  təşkilatına silah yardımlarını artırdı

Amerika Birləşmiş Ştatları (ABŞ), separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması   PYD –yə silah yardımını artırdı.

639557
ABŞ, PYD terror  təşkilatına silah yardımlarını artırdı

ABŞ-lı rəsmilərin Suriyadakı PYD / PKK üzvü terroristlərə silah yardımı   edilmədiyinə dair  açıqlamalarına  baxmayaraq, sahədəki hərbi hərəkətlilik davam edir.

ABŞ-ın Ankara səfiri John R. Bass, Cümə günü verdiyi bir reportajda, PYD-yə  birbaşa dəstək vermədiklirini,  silah, sursat təmin  etmədiklərini  qeyd  etmişdi.  

Anadolu  agentliyinin  Hasekedəki müxbirlərinin  məlumatına  görə  səfirin    mövzu  ilə  bağlı  açıqlama  verdiyi  gün yəni  23   dekabrda terror təşkilatı PKK-nın Suriyadakı  qruplaşması PYD-nin  nəzarətindəki  Rümeylan hava bazasına hərbi yük təyyarələri enib. Həmin  təyyarələrdəki yüklər ABŞ-a məxsus   vertalyotlar  və  yük  maşınları  ilə fərqli   bölgələrə  aparılıb.

Bölgədəki AA müxbirlərinin, hərbi   vəsaitlərin  fərqli    bölgələrə  çatdırılması   işləriylə  vəzifəli yerli birinə  istinad  etdikləri    xəbərlərdə ABŞ qüvvələrinin 13 dekabrda da təşkilata  hərbi   yardım   çatdırdığı, son iki həftənin ən böyük hərbi  yardımının  isə   23 dekabr  cümə günü  reallaşdırıldığı  qeyd  edilib

Prezident Rəcəb Tayyib Ərdoğan da terror təşkilatına istiqamətli xarici yardımlar mövzusunda ötən gün etdiyi çıxışında: “Koalisiya gücləri, DEAŞ-a qarşı   mübarizədə  lazımlı   addımları   atacaqlarını irəli  sürürdülər. İndi isə hamısı  geri   addım  ataraq,  DEAŞ da daxil olmaqla,  YPG, PYD  terror  təşkilatlarına   dəstək   verməkdə imtina  etmirlər”.



Әlaqәli Xәbәrlәr