Hələbdə toplu məzarlar tapılıb

Suriyanın Hələb şəhərində, işgəncə və zorakılığa məruz qalan dinç sakinlərin basdırılmış olduğu toplu məzarlar aşkarlanıb.

638399
Hələbdə toplu məzarlar tapılıb

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov verdiyi açıqlamada vəhşicə işgəncəyə və şiddətə məruz qalmış onlarla Suriyalının basdırılmış olduğu toplu məzarlar tapıldığını, bəzi cəsədlərin parçalanmış vəziyyətdə, bəzilərinin isə başlarından vurularaq öldürüldüyünü bildirib.

Bu cinayətlərin terrorçular tərəfindən törədilən ən ağır müharibə cinayətləri kimi qeydiyyata alındığını ifadə edən Rus səlahiyyətli :”Sözdə müxaliflərin London və Parisdəki Avropalı dəstəkçilərinin, müxaliflərin gerçək üzlərini görmələri və nə  qədər  vəhşi  olduqlarını idrak etmələri üçün, aşkarlanan toplu məzarlar və törədilən digər cinayətlərə dair məlumatlar ictimaiyyətə çatdırılacaqdır. Şərqi Hələbə uzun müddət nəzarəti əllərində tutan müxaliflər, dinç sakinlərin bölgədən evakuasiya edildikləri əsnada  belə  müxtəlif yerlərə mina yerləşdirərək   məsum  insanların   ölmələrinə  səbəb  olublar”  deyə   vurğulayıb.

İngiltərə mərkəzli Suriya İnsan Haqqlarını İzləmə Təşkilatı da son bir həftə ərzində şəhərin müxtəlif yerlərində yerləşdirilmiş minaların partlaması nəticəsində 63 əsgər və dinç sakinın həyatını itirdiyini bildirib.



Әlaqәli Xәbәrlәr