DEAŞ terrorçuları Əl-Babda azı 30 dinc sakini öldürüb

DEAŞ terrorçuları Suriyanın  şimalındakı Əl-Bab yaşayış məntəqəsindən qaçmaq istəyən ən azı 30 dinc sakini  öldürüb.

637879
DEAŞ terrorçuları Əl-Babda azı 30 dinc sakini öldürüb

DEAŞ terrorçuları Suriyanın  şimalındakı Əl-Bab yaşayış məntəqəsindən qaçmaq istəyən  azı 30 dinc sakini  öldürüb.

Türkiyə Silahlı Qüvvələrindən verilən  məlumata görə, Əl-Bab-dan qaçmağa çalışan  dinc sakinlər  DEAŞ-ın təşkil etdiyi hücum nəticəsində həlak olub.

Digər tərəfdən  Türkiyənin liderliyilə avqustun 24-də başlanılan ''Fərat Qalxanı'' əməliyyatı  çərçivəsində  terrorçuların 113 mövqeyi  məhv edilib.  

Qeyd edək ki, əməliyyat çərçivəsində   74 əl qumbarası da  məhv edilib.

Baş verən qarşıdurmalar nəticəsində müxalifət qüvvələrinin 2 hərbçisi yaralanıb.



Әlaqәli Xәbәrlәr