“Liviya, terror tǝşkilatı DEAŞ-dan tǝmizlǝndi”: Pentaqon

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi Pentaqonun mǝlumatına görǝ Liviyada terror təşkilatı DEAŞ-ın nǝzarǝtindǝki son şǝhǝr olan Sirte dǝ xilas edilib.

626025
“Liviya, terror tǝşkilatı DEAŞ-dan tǝmizlǝndi”: Pentaqon

Pentaqon sözçüsü kapitan Jeff Davis Liviya Hökumətinin yaxın zamanda zǝfǝr elan edǝcǝyini bildirib. Aralıq dənizi sahilində yerlǝşǝn Sirte şǝhǝrindǝki terror təşkilatı DEAŞ mǝnsublarının ǝksǝriyyǝtinin ötǝn gün tǝrk silah edǝrǝk tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olduqlarını ifadǝ edǝn Davis, şǝhǝrdǝ fǝal terroristin qalmadığını, ancaq ǝtrafda gizlǝnmiş bǝzi komikadzǝlǝrǝ qarşı tədbirli olmanın zǝrurǝt olduğunu, ölkǝdǝ DEAŞ-a qarşı zǝfǝr elanının özlǝrindǝn yox, Libya hökumətindǝn asılı olduğunu deyi.

Qeyd edǝk ki, Sirte şǝhǝri 2015-ci ilin ǝvvǝlindǝ DEAŞ-ın nǝzarǝtinǝ keçmişdi. Liviya təhlükəsizlik qüvvələri isǝ Şǝhǝri xilas etmǝk üçün may ayında əməliyyat başlatmışdı.

Liviya hökumətinin dəvətinǝ görǝ Amerika qırıcı təyyarələri, avqustdan bǝri Liviya təhlükəsizlik qüvvǝlǝrinǝ dəstək verirdi.



Әlaqәli Xәbәrlәr