Mosulun DEAŞ-dan azad edilməsi əməliyyatı davam edir

İraqda Mosulun terror təşkilatı DEAŞ-dan azad edilməsi əməliyyatında irəliləyişlər var.

609794
Mosulun DEAŞ-dan azad edilməsi əməliyyatı davam edir

İraqda Mosulun terror təşkilatı DEAŞ-dan azad edilməsi əməliyyatı davam edir.
 
 Təhlükəsizlik qüvvələri tərəfindən şəhərin şərq hissəsində Əl-Urbəciyyə və Əl-Kadisiyyə Əs-Saniyə məhəllələrinə nəzarətin təmin olunduğu, onlarla terrorçunun öldürüldüyü bildirilir.
 
 İraq ordu birlikləri də Mosulun Ədən məhəlləsinin ətrafındadır.
 
 Bu arada, koalisiya qüvvələrinə və İraq ordusuna aid təyyarələrin havadan dəstəyi ilə 9 bomba yüklü maşının məhv edildiyi barədə məlumat verildi.
 
 Peşmergələrin nəzarətində olan Başika qəsəbəsində də terrorçulara aid 6 bomba yüklü maşın məhv edilib.
 
 Qəsəbədə hərbi fəaliyyətlər davam edir.
 
 Qeyd edək ki, oktyabrın 17-də İraq ordu birlikləri, Peşmergə qüvvələri və Başika düşərgəsində Türk əsgərlərinin təlim keçdiyi Ninova Mücahidləri Mosulun terror təşkilatı DEAŞ-dan təmizlənməsi üçün əməliyyata başlayıblar.



Әlaqәli Xәbәrlәr