DEAŞ üzvü 35 terrorçu məhv edilib

“Fərat Qalxanı” əməliyyatı çərçivəsində 4 əsgər yüngül yaralanıb.

610300
DEAŞ üzvü 35 terrorçu məhv edilib

Suriyanın şimal bölgəsinin terror ünsürlərindən azad edilməsi məqsədi ilə avqustun 24-də Türkiyənin başçılığında start verilən “Fərat Qalxanı” əməliyyatı çərçivəsində 4 əsgər yüngül yaralanıb.

Əsgərlərin zirəhli texnikanın müşayiətindəki tankvuran raketlə vurulması nəticəsində yaralandıqları açıqlanıb. Bu arada əl istehsalı olan partlayıcı da atılıb.

Yaralı əsgərlər Kilis dövlət xəstəxanasına yerləşdiriliblər.

Soi toqquşmalarda müxalifətdən 9-u şəhid olduqda, 52-si isə yaralanıb.

Müxalifət mənsublarından ibarət Xüsusi Təlim Qüvvə Qrupu Mare və Rai məntəqəsində 7 yaşayış yerinə nəzarəti ələ keçirib.

Bununla da müxalifətin nəzarətindəki yaşayış məntəqəsinin sayı 202-yə çıxıb.

Türkiyə Silahlı Qüvvələrinin havadan və qurudan güclü atəş dəstəyini götürən müxalifət Əl-Bab yolunda irəliləməkdə davam edir. Strateji əhəmiyyətə malik Əl-Baba girmək üçün sadəcə 2 km qalıb. Müxalifətin irəliləyişi qarşısında terror təşkilatı DEAŞ küncə sıxışıb.

Əl-Baba yaxınlaşdıqca toqquşmanın şiddəti də artır.

Türkiyə Hava Qüvvələrinə məxsus qırıcılar ilə Əl-Bab bölgəsinə edilən hava hücumunda aralarında DEAŞ-a aid komanda nəzarət mərkəzi, silah-sursat anbarı və qərargah binalarının yerləşdiyi 15 hədəf məhv edilib.

Əməliyyat çərçivəsində DEAŞ üzvü 35 terrorçu zərərsizləşdirilib.

Digər tərəfdən Tall Jijan bölgəsinə nəzarəti ələ keçirməyə cəhd göstərən PYD/PKK ünsürlərinə istiqamətli artilleriya və tanklardan açılan atəş nəticəsində 10 terrorçu məhv edilib.



Әlaqәli Xәbәrlәr