Rǝşid Dostumun avtomobil karvanına hücum tǝşkil edilib

Əfqanıstanın vitse-prezidenti Rəşid Dostumun da olduğu avtomobil karvanına hücum nəticəsində mühafizə xidmətinin 15 əməkdaşı hǝyatını itirib.

591366
Rǝşid Dostumun avtomobil karvanına hücum tǝşkil edilib

Mǝlumata görǝ ölkənin şimalında yerləşən Faryab vilayətinin Gurmaç rayonunda terrorçular yola yerlǝşdirdiklǝri partlayıcını karvanın keçdiyi ǝsnada partladıblar.

General Dostumun açıqlamasına görǝ hökumət qüvvələri “Taliban” hərəkatına qarşı əməliyyat keçirməyə gedirmiş. Partlayış nəticəsində Rəşid Dostum xəsarət almayıb. Onun sözlərinə görə, 3 zirehli avtomobilə ziyan dəyib. O, 20 təhlükəsizlik əməkdaşının da yaralandığını bildirib.

Rəşid Dostum vurğulayıb ki, terrorçu qruplaşmanın onlarla silahlısı zərərsizləşdirilib, bəzi bölgələr isə talibandan təmizlənib. O, terrorçuların nəzarəti altında olan Gurmaç rayonunu geri aldıqlarını, terrorçular arasında Özbəkistan vətəndaşları və Çeçenistandan olan silahlılar olduğunu qeyd edib.

 



Әlaqәli Xәbәrlәr