Fransa İraqın Mosul şəhərindəki terror təşkilatı DAEŞ hədəflərinə hücum təşkil edib

Fransa İraqın Mosul şəhərindəki terror təşkilatı DAEŞ hədəflərinə, Kıbrıs adası sahillərində yerləşən “Charles de Gaulle” təyyarə gəmisindən qalxan “Rafale” qırıcı təyyarələri ilə hücum təşkil edib.

580263

Fransa mətbuatında yer tutan məlumatlarda hava hücumlarının səhər radələrində 8 Rafale təyyarəsi tərəfindən  edildiyi bildirilib.

24 Rafale təyyarəsi daşıyan “Charles de Gaulle” ayın əvvəlində bölgəyə göndərilmişdi.

Fransa 2015-ci ilin yanvar ayında Parisdə 12 nəfərin həlak olduğu “Charlie Hebdo” terror aktından sonra İraq və Suriyadakı DAEŞ hədəflərinə istiqamətli koalisiya əməliyyatlarında iştirak etmişdi.

Koalisiya qüvvələrinin Mosuldan DAEŞ-i çıxarmaq məqsədi ilə yaxın günlərdə qurudan əməliyyat üçün hazırlıqlar gördüyü açıqlanmışdı.

Әlaqәli Xәbәrlәr