Suriyaya humanitar yardım fəaliyyətləri dayandırılıb

Suriyada BMT-yə aid bütün humanitar yardım karvanlarının fəaliyyətlərinin təxirə salındığı bildirilib.

573737
Suriyaya humanitar yardım fəaliyyətləri dayandırılıb

Suriyada BMT-yə aid bütün humanitar yardım karvanlarının fəaliyyətlərinin təxirə salındığı bildirilib.

BMT-nin Humanitar İşlər Koordinasiya ofisinin rəsmisi Cens Larke Hələb şəhərində humanitar yardım karvanının Əsəd rejiminə məxsus helikopter tərəfindən vurulmasından sonra Suriyada BMT-yə aid bütün humanitar yardım karvanlarının fəaliyyətlərinin təxirə salındığını bildirib.

BMT nümayəndəsinin sözlərinə görə, artıq bununla bağlı Rusiya və ABŞ məlumatlandırılıb.

Larke havadan humanitar yardımlarla yanaşı normal digər humanitar proqramların bugün də davam etdiyini vurğulayıb.

Bugün planlaşdırılan humanitar yardım karvanlarının bütün proqramlarının dayandırıldığını  bildirən Larke yardım karvanlarının yenidən nə zaman hərəkət edəcəyini söyləməyin çətin olduğunu bildirib.

Larke Suriyadakı təhlükəsizliklə əlaqəli narahatlığın aradan qaldırılmsından sonra humanitar yardım karvanlarının yenidən fəaliyyətlərini davam etdirəcəklərinə olan ümidini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr