Rusiya döyüş təyyarələri Hələbin Sukkeri səmtinə hücum etdi: 28 ölü, 57 yaralı

Rusiya ordusuna aid döyüş təyyarələrinin Suriyanın Hələb şəhərində müxaliflərin nəzarətində olan Sukkeri səmtinə hücum etdi.

567329
Rusiya döyüş təyyarələri Hələbin Sukkeri səmtinə hücum etdi: 28 ölü, 57 yaralı

Rusiya ordusuna aid döyüş təyyarələrinin Suriyanın Hələb şəhərində müxaliflərin nəzarətində olan Sukkeri səmtinə etdiyi hava hücumunda 28 nəfər öldü, 57 nəfər də yaralandı.
 
 Hava hücumunda çox sayda binaya da zərər dəydi.
 
 Sukkeri səmti çərşənbə axşamı günü də rejim qüvvələrinin hədəfində idi.
 
 Suriya ordusuna aid bir hərbi helikopter Sukkeridəki yaşayış yerinə tərkibində xlor qazı olan çəllək bombası atdı.
 
 Qazdan zəhərlənən və aralarında qadın və uşaqların da olduğu təxminən 100 nəfər bölgədəki səhra xəstəxanasına yerləşdirildi.
 
 Türkiyə rejimin xlor qazlı hücumlarını şiddətlə qınadı.
 
 Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında sözügedən hücumlarda BMT Təhlükəsizlik Şurasının 2218 və 2209 saylı qətnamələrinin açıq şəkildə pozulduğu bildirilir və: "Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı və BMT Birgə İstintaq Mexanizmi tərəfindən rejimin kimyəvi silah istifadəsinin müəyyən edilməsindən dərhal sonra və pozulan atəşkəsin yenidən bərpası yolundakı səylərin artdığı bir dövrdə belə bir hücumun həyata keçirilməsi rejimin beynəlxalq cəmiyyəti saymadığını bir daha nümayiş etdirir" deyilir.
 
 Beynəlxalq aləmə yaxınlaşan Qurban Bayramını da vəsilə edərək, Hələbdə və Suriyanın daxilində münaqişəsiz mühitin yaradılmasını təmin etməyə çağıran açıqlamada, Türkiyənin də bu yoldakı səylərini davam etdirəcəyi vurğulanır.



Әlaqәli Xәbәrlәr