Misirdə sərnişin qatarı qəzaya uğradı

Qahirə-Said səfəri ilə hərəkət edən sərnişin qatarının ilk 3 vaqonu sürəti aşması səbəbindən relsdən çıxaraq aşıb.

567318
Misirdə sərnişin qatarı qəzaya uğradı

Misirin Giza şəhərində  sərnişin qatarının 3 vaqonunun aşması nəticəsində 5 nəfər öldü, 27 nəfər yaralandı.
 
 Qahirə-Said səfəri ilə hərəkət edən sərnişin qatarının ilk 3 vaqonu Iyat səmtində rels dəyişdirdiyi zaman sürəti aşması səbəbindən  relsdən çıxaraq aşıb.
 
Qeyd edək ki, Iyat səmti Misirdə ən çox qatar qəzalarının baş verdiyi bölgə kimi tanınır.
 
 2002-ci ildə eyni yerdə bir qatarda çıxan yanğında 350 adam həyatını itirmişdi.
 
 Eyni bölgədə  2009-ci ildə isə iki sərnişin qatarının toqquşması nəticəsində 30 nəfər həyatını itirmiş, 60 nəfər də yaralanmışdı.



Әlaqәli Xәbәrlәr