Rusiya İranın Həmədan şəhərindəki aviabazadan istifadəni dayandırıb

İran Müdafiə Naziri Hüseyn Dehkan aviabazanın Rus təyyarələrinin istifadəsini nǝzǝrdǝ tutan razılaşmaya görǝ gizli qalması lazım gǝlǝn mövzunun rǝsmi Moskva tǝrǝfindǝn ifşa edildiyini bildirib.

556762
Rusiya İranın Həmədan şəhərindəki aviabazadan istifadəni dayandırıb

İranın xarici işlǝr nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi, Müdafiǝ nazirinin açıqlamasından sonra yaydığı bǝyanatda Rus qırıcılarının aviabazadan hücumlarının müvǝqqǝti olaraq dayandırıldığını qeyd edib.

Xarici işlǝr nazirliyinin açıqlamasında hǝmçinin bildirilib ki, İran ǝrazilǝrindǝ Rusiyaya baza verilməyib. Razılaşmaya görǝ Rus təyyarələrinə yanacaq tǝmin etmǝlǝri üçün bazadan istifadǝ icazǝsi verilmişdir.

Qeyd edǝk ki, Rusiya Suriyadakı DEAŞ və Əl Nusra hədəflərinǝ avia hücum tǝşkil etmǝk üçün keçən həftə Hǝmǝdan şəhərindəki nujen aviabazasından istifadə etməyə başlamışdı.

Bu da uzun mənzilli Rus təyyarələrinin həm məsafəsini qısaltmış, həm də daşıdıqları bomba miqdarını artırmalarını mümkün hala gǝtirmişdi. Ancaq Rusiyanın aviabazadan istifadǝ etdiyini ifaşa etmǝsi rǝsmi Tehranın reaksiyasına gətirib çıxardı.

 



Әlaqәli Xәbәrlәr