Həm ordu mühasirəsi, həm terrordan qaçmağa çalışırlar

İraqın şimalındakı Salahaddin vilayətində ölkə içində köç etmək məcburiyyətində qalan vətəndaşların qaldığı bir mərkəzə təşkil edilən hücumda 12 adam ölüb, 35 nəfər yaralanıb

554638
Həm ordu mühasirəsi, həm terrordan qaçmağa çalışırlar

  İraq polis kapitanı İyad Samurai yaralılar arasında vəziyyəti ağır olanlar və havadan güllələrin terror təşkilatı DAEŞ-in idarəsində olan Şerkat tərəfdən gəldiyi məlumatlarını verib.

  Şerkat qəsəbəsi sakinləri bir tərəfdən ordunun mühasirəsi, digər tərəfdən DAEŞ-in təqiblərindən qurtulmaq üçün Beyciye doğru qaçmağa çalışır.

  Qeyd edək ki, İraq ordusu təxminən iki ay əvvəl Mosulun cənubundakı Şerkat və Kayyara qəsəbələrinin terror təşkilatı DAEŞ-dən geri alınması üçün əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr