İsrail əsgərləri ilə fələstinli qaçqınlar arasında qarşıdurma oldu

Münaqişədə fələstinli bir gəncin həyatını itirdiyi, ən az 25 fələstinlinin də yaralandığı bildirilir.

553323
İsrail əsgərləri ilə fələstinli qaçqınlar arasında qarşıdurma oldu

İsrailin işğalı altında olan İordan çayının qərb sahilində 67 ildir fəaliyyətdə olan Favvar qaçqın düşərgəsində israilli əsgərlərlə fələstinli qaçqınlar arasında qarşıdurma oldu.
 
  Fələstin Səhiyyə Nazirliyi münaqişədə fələstinli bir gəncin həyatını itirdiyini, ən az 25 fələstinlinin də yaralandığını açıqladı.
 
  Keçən ay düşərgədən İsrail konvoyunun atəşə tutulması nəticəsində bir nəfər ölmüş, düşərgə 26 gün bağlanmışdı.
 
 Bölgədə ötən noyabr ayından bu yana yaşanan zorakılıq hadisələrində 220 fələstinli və 34 israilli ölüb.



Әlaqәli Xәbәrlәr