İraq ordusu Mosulun bir kəndini azad edib

İraq ordusu  terror təşkilatı DEAŞ-ın  nəzarətində olan Mosulun  Kayyara rayonuna çox yaxın mәsafәdә yerlәşәn  İmam kəndini azad edib.

550553
İraq ordusu Mosulun bir kəndini azad edib

İraq ordusu  terror təşkilatı DEAŞ-ın  nəzarətində olan Mosulun  Kayyara rayonuna çox yaxın mәsafәdә yerlәşәn  İmam kəndini azad edib.

 DEAŞ-ın  təhlükəsizlik qüvvələrinin irəliləməsinin  qarşısını almaq üçün bomba  yüklü avtomobillәrlә   hücum etdiyini  bildirәn kapitan  Emin Şeyhani   beynəlxalq koalisiya qüvvələrinə bağlı döyüş təyyarələrinin dә  bu avtomobillәri  məhv etdiyini ifadə edib.

İmam  kәndi әtrafında  şiddәtli toqquşmaların davam etdiyini bildirәn  Şeyhani terror tәşkilatı DEAŞ-ın çox sayda itki verdiyini qeyd edib.

 İraqın  Müdafiə naziri Xalid el-Ubeydi  iyunun 12-dә verdiyi açıqlamada, Mosulu azad etmәk üçün hәyata keçirilәn әmәliyyatların  ikinci mərhələsinin başladığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr