Minlәrlә mülki vәtәndaş Mosulu tәrk edir

İraqda terror təşkilatı DEAŞ-ın  nәzarәtindәki  Mosulun azad edilmәsi  üçün  ordunun başlatdığı әməliyyatlardan sonra minlərlə mülki vәtәndaş  şəhəri tərk edir.

547637
Minlәrlә mülki vәtәndaş Mosulu tәrk edir

Şәhәri tәrk edәn minlәrlә mülki vәtәndaş ölkәnin şimalında yerlәşәn Ninovadakı düşәrgәlәrә sığınır.

Yerli mәnbәlәr Әrbil ilә Tigris çayı arasında yerlәşәn  Digaba düşәrgәsinә  son bir hәftә әrzindә  3 min nәfәrin sığındığını  bildirib.

Bu arada  İraq Nazirlər Kabinetinin mәtbuat xidmәti  Әnbar rayonuna bağlı Halidiye Adası bölgesinde DEAŞ üzvü  terrorçulara aid  kütlәvi mәzarın aşkar edildiyini  bildirib.

 Açıqlamada  cәsәdlәrin  şәhәri azad etmә әmәliyyatı zamanı zәrәrsizlәşdirilәn terrorçulara aid olduğu qeyd edilib.



Әlaqәli Xәbәrlәr