Bakı bu gün üçtərəfli görüşǝ ev sahibliyi edir

Bu gün Bakıda Azərbaycan, İran və Rusiya dövlǝt başçıları bir araya gǝlir.

547568
Bakı bu gün üçtərəfli görüşǝ ev sahibliyi edir

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilib ki, “Azərbaycan, Rusiya və İran prezidentləri iqtisadiyyat, energetika və nəqliyyatın müxtəlif sahələrində əməkdaşlığın irǝli pillǝlǝrǝ qaldırılması mövzusunda razılığa gəlib. 
Tərəflər bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əməkdaşlığı gücləndirmək niyyətində. İnvestisiyaların qorunması və təşviqi sahəsində regional və beynəlxalq əməkdaşlığı gücləndirməyin vacibliyini bir daha təsdiq edirlǝr. İnvestisiya layihələrinin həyata keçirilməsinə yardım edəcək və yeni texnologiyaların cəlb ediləcəyi bank əməkdaşlığının təkmilləşdirilməsi də daxil olmaqla, əlverişli mühitin qorunmasının lazım olduğu vurğulanıb”. Qeyd  edǝk ki,  Dağlıq Qarabağ mǝsǝlǝsinin dǝ gündǝmǝ salınacağı üçtǝrǝfli zirvǝ toplantısında, 2-5 Apreldə cəbhə xəttində baş verǝn qarşıdurmalardan sonra Rusiyanın müdaxilǝsiylǝ imzalanan atǝşkǝs qǝrarından sonra intensivlǝşǝn müzakirə prosesi dǝ tǝhlil edilǝcǝk.



Әlaqәli Xәbәrlәr