Kunduz vilayǝtindǝ daha 5 silahlı öldürülüb

Əfqanıstanın şimal ǝrazisindǝ yerlǝşǝn Kunduz vilayətində həyata keçirilən əməliyyatda Taliban mǝnsubu 5 silahlı öldürülüb.

544686
Kunduz vilayǝtindǝ daha 5 silahlı öldürülüb

Kunduz vilayǝtinin təhlükəsizlik idarǝsinin rǝisi General Məhəmməd Qasim Cǝngǝlbağın mǝlumatına görǝ təhlükəsizlik qüvvǝlǝrinin Qala-i Zal qǝsǝbǝsindǝ hǝyata keçirdiyi ǝmǝliyyatda 5 taliban öldürülüb.

Öldürülǝnlǝrin arasında təşkilatın liderlǝrindǝn birinin dǝ olduğunu ifadə edən Cǝngǝlbağ, bölgədə əməliyyatların davam etdiyini, mǝhv edilǝn silahlılardan bir silahlının isǝ Pakistan vətəndaşı olduğunu vurğuladı.

Talibandan, hadisǝ ilǝ bağlı hǝlǝlik açıqlama verilmǝyib.



Әlaqәli Xәbәrlәr