Əl-Nusra Cəbhəsi  adını dəyişərək Şam Fəth Cəbhəsi adını götürüb

Suriyadakı müxalifət qruplarından Əl-Nusra Cəbhəsi  adını dəyişərək Şam Fəth Cəbhəsi adını götürdüyünü elan edib.

540040
Əl-Nusra Cəbhəsi  adını dəyişərək Şam Fəth Cəbhəsi adını götürüb

Suriyadakı müxalifət qruplarından Əl-Nusra Cəbhəsi  adını dəyişərək Şam Fəth Cəbhəsi adını götürdüyünü elan edib.

Bu barədə qərarı qruplaşma lideri Əbu Məhəmməd əl-Culani elan edib və bildirib ki, artıq bu adla mübarizəmizi davam etdirəcəyik.

Culani beynəlxalq ictimaiyyətin suriyalıların üzərindəki təzyiqləri azaltmaq, xüsusilə də ABŞ və Rusiyanın Suriya xalqını bombalamaqda istifadə etdiyi bəhanəni aradan qaldırmaq üçün Әl-Qaidədən ayrıldıqlarını açıqlayıb.

Bu açıqlamanın ardından Ağ Evdən verilǝn açıqlamada isə bildirilib ki, Əl-Nusra Cəbhəsinə baxışımızın dəyişməsinə səbəb olacaq heç nə yoxdur. Biz onların ideologiyalarına, hədəflərinə, əməliyyatlarına baxaraq onları mühakimə edərik. Adı nə olarsa olsun, bu  təşkilatlanma ABŞ və Avropa üçün narahatlıq doğurmaqda davam edir.



Әlaqәli Xәbәrlәr