İtaliyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 25-ə çatıb

İtaliya prezidenti Sergio Mattarella qəzaya bağlı çıxış edib və hadisəni faciə adlandıraraq günahkarların tezliklə tapılmasına dair göstəriş verib

528145
İtaliyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 25-ə çatıb

  İtaliyanın cənubundakı Bari şəhərərində ötən gün baş vermiş qatar toqquşması nəticəsində ölənlərin sayı 25-ə çatıb.

  Ölkənin xəbər agentliyi ANSA-nın məlumatına görə, ağır yaralılar var və ölü sayının artacağı istisna deyil. Qəzada 43 nəfər yaralanıb. Hadisə ilə əlaqədar araşdırmalar aparılır.

  İtaliya prezidenti Sergio Mattarella qəzaya bağlı çıxış edib və hadisəni faciə adlandıraraq günahkarların tezliklə tapılmasına dair göstəriş verib. Mattarela yaxınlarını itirən ailələrə başsağlığı verərək kədərini ifadə edib. 

  Ölkənin Baş naziri Matteo Renzi və Nəqliyyat və İnfrastruktur naziri Qraziano Delrio hadisə yerində olublar. Nəqliyyat və İnfrastruktur nazirinin sabah qəzayla bağlı Parlamentdə məlumat verəcəyi gözlənilir.

  Qeyd edək ki, İtaliyanın dəmiryolu strukturu dünyada ən etibarlılardan sayılır. Əhali daha çox müasir texnologiyalarla təchiz olunmuş dəmiryolu xətləri və qatarlardan istifadə edir. Gözlənilməz hadisədən ölkə əhalisi dərin sarsıntı keçirib.

  Toqquşan qatarların məxsus olduğu şirkətin direktoru isə hadisəyə görə məsuliyyət daşıdıqlarını bildirib. Onun sözlərinə görə, hadisəyə səbəb sistemdə qapanma və ya maşinistin səhvi ola bilər.



Әlaqәli Xәbәrlәr