Avtobus, metro, qatar və tramvaydan istifadə edə bilməyəcəklər

Yunanıstanda nəqliyyat işçiləri Milli Məclisdə vergi artırmalarını əhatə edən “torba” qanun layihəsinə etiraz məqsədiylə kütləvi tətilə çıxıblar

495054
Avtobus, metro, qatar və tramvaydan istifadə edə bilməyəcəklər

   Bu səhərdən etibarən başlayan tətil sabah da davam edəcək.

  İki günlük tətil boyu vətəndaşlar avtobus, metro, şəhəriçi dəmiryolları və tramvay xidmətlərindən istifadə edə bilməyəcək.

  Bundan başqa, qanun layihəsinə etiraz etmək üçün Cəmiyyət İşçiləri Federasiyasının çağırışıyla sabah da tətil gözlənilir.

  Məclisdə narahatedici saatların yaşanmasına səbəb olan qanun layihəsində ƏDV və digər vergilərin artırılmasıyla yanaşı kütləvi nəqliyyatın özəlləşdirilməsindən də bəhs edilir.



Әlaqәli Xәbәrlәr