Milli Müdafiǝ naziri İsmǝt Yılmaz Azǝrbaycanda sǝfǝrdǝdir

Qǝbǝlǝ şǝhǝrindǝ nazirlǝrin üçtǝrǝfli görüşü başlayıb.

491098
Milli Müdafiǝ naziri İsmǝt Yılmaz Azǝrbaycanda sǝfǝrdǝdir

Azǝrbaycanda rǝsmi görüşlǝr keçirmǝyǝ başlayan nazir ǝvvǝl Qǝbǝlǝ şǝhǝrindǝ Azǝrbaycanın Müdafiǝ naziri general-polkovnik Zakir Həsənovun vǝ Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilǝ birlikdǝ Şǝhidlǝr Xiyabanını ziyarǝt edib, “Әbǝdi mǝşǝl” abidǝ kompleksi önünǝ gül dǝstǝlǝri düzüblǝr.  

Sonra qonaqlar Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Hazırda Heydər Əliyev adına Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar başlayıb.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.



Әlaqәli Xәbәrlәr